...

Abşeronda saxta pulların dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb

Hadisə Materials 5 Noyabr 2018 14:32 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonu ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb, onlardan saxta əskinaslar götürülüb.

DİN-dən Trend-ə verilən məlumata görə, cari il oktyabr ayının 28-də Xırdalan şəhər sakini G.Hüseynova Abşeron RPİ-yə müraciət edərək oktyabrın 27-də şəhər ərazisindəki satıcı işlədiyi şirniyyat evinə gəlmiş naməlum qadının aldığı şirniyyatın müqabilində ona 1 ədəd 50 manatlıq saxta əskinas verməsini bildirib.

Noyabrın 2-də Masazır qəsəbə sakini Adilə Sadıqova Abşeron RPİ-yə müraciət edərək həmin gün qəsəbə ərazisində səyyar ticarətlə məşğul olarkən naməlum qadının aldığı balığın müqabilində ona 1 ədəd 50 manatlıq saxta əskinas verməsini bildirib.

Qeyd edilən əskinaslar polis əməkdaşlarına təqdim edilmişdir.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pul verməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nərgiz Mirzəyeva və oğlu Namiq saxlanılıb, onlardan 1 ədəd 100 manatlıq və 1 ədəd 50 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti