...

Göyçayda ƏMƏLİYYAT - Qurudulmuş marixuana aşkar edildi

Hadisə Materials 14 Noyabr 2018 13:22 (UTC +04:00)
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Göyçayda ƏMƏLİYYAT - Qurudulmuş marixuana aşkar edildi

Bakı. Trend:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Göyçay şəhər sakini Elşad Həzrətquliyevdən şəxsi axtarış zamanı 3,86 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan isə 455 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti