...

Torpaq sürüşdü, qatar relsdən çıxdı - Ölən var

Hadisə Materials 20 Noyabr 2018 11:44 (UTC +04:00)
İspaniyanın Barselona şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb
Torpaq sürüşdü, qatar relsdən çıxdı - Ölən var

Bakı. Trend:

İspaniyanın Barselona şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb.

Hadisə Barselona yaxınlığındakı Vakarisses qəsəbəsində qeydə alınıb.

Qəzaya bir neçə gündür ki, davam edən şiddətli yağıntının yol açdığı torpaq sürüşməsi səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti