...

Gürcüstandan gələn Azərbaycan vətəndaşında boş giliz və güllə aşkarlanıb

Hadisə Materials 20 Noyabr 2018 14:52 (UTC +04:00)
Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.
Gürcüstandan gələn Azərbaycan vətəndaşında boş giliz və güllə aşkarlanıb

Bakı. Trend:

Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, vətəndaşın gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Sorğu-sual zamanı vətəndaş gödəkçəsinin cibində təsbeh olduğunu bildirib.

Yoxlama zamanı isə, gödəkçənin sol üst cibindən, üzərində "YVX 9P 16" yazısı olan üç ədəd boş giliz və bir ədəd üzərində "SB 14 9P" yazısı olan güllə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti