...

Yeniyetməni küt alətlə hədələyib mobil telefonunu alan şəxs tutulub

Hadisə Materials 8 Yanvar 2019 16:09 (UTC +04:00)
Quldurluq etməkdə şübhəli bilinən Bərdə şəhər sakini Rəşad Əhmədov saxlanılıb
Yeniyetməni küt alətlə hədələyib mobil telefonunu alan şəxs tutulub

Bakı. Trend:

Quldurluq etməkdə şübhəli bilinən Bərdə sakini saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 7-də Bərdə rayonu ərazisində naməlum şəxs şəhər sakini olan bir yeniyetməni küt alətlə hədələyib mobil telefonunu alıb.

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmyerlisi Rəşad Əhmədov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti