Bakı. Trend:
Cəlilabadda yanğın olub.
FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Alar kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 75 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.