...

Şəkidə qanunsuz silah-sursat aşkarlanıb

Hadisə Materials 1 Fevral 2019 15:08 (UTC +04:00)
Şəkidə qanunsuz silah-sursat aşkarlanıb
Şəkidə qanunsuz silah-sursat aşkarlanıb

Bakı. Trend:

Şəkidə qanunsuz silah-sursat aşkarlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində kənd sakinləri Ə.Kərimov, H.Ağaşirinov, A.Musayev və M.Kərimov saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan 3 ədəd “TOZ” markalı tüfəng və 32 ədəd patron aşkar edilərək götürülüb və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti