...

DTX Bakıda aeroportda əməliyyat keçirdi, mütəşəkkil dəstə zərərsizləşdirildi

Hadisə Materials 6 Fevral 2019 16:14 (UTC +04:00)
Dövlət Təghlükəsizlik Xidmətinin əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat keçirib.
DTX Bakıda aeroportda əməliyyat keçirdi, mütəşəkkil dəstə zərərsizləşdirildi

Bakı. Samir Əli - Trend:

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında əməliyyat keçirib.

Trend-in məlumatına görə, keçirilən əməliyyat nəticəsində Türkiyədən Azərbaycana qaçaqmal daşıyan dəstə saxlanılıb.

Məlum olub ki, mütəşəkkil dəstə Türkiyədən Azərbaycana gömrük nəzarətindən kənar dərman preparatları keçirirmiş.

Mütəşəkkil dəstə Türkiyədə aeroportda nəzarətdən yayınsa da, Azərbaycanda ələ keçib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti