...

Binəqədidə 12 evdən oğurluq edən şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 7 Fevral 2019 16:04 (UTC +04:00)
Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər saxlanılıblar.
Binəqədidə 12 evdən oğurluq edən şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Mirsaleh Məmmədov və Şəmkir rayon sakini Samir Abbasov tutulublar.

Araşdırma zamanı onların Binəqədi, Biləcəri qəsəbələrində yerləşən 12 evdən əsasən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Qeyd edək ki, evlərə oğurluğa əsasən M.Məmmədov daxil olub. Daha sonra o, oğurladığı əşyaları S.Abbasovla birlikdə satıb. Həmin şəxsləri ətraflarında keçirilən əlavə tədbirlərlə onların digər rayonların ərazilərində də evlərdən oğurluqlar etdikləri məlum olub.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi RPİ-nə göndərilib, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti