...

Narkoloji dispanserdə yanğın olub: Ölən və xəsarət alanlar var

Hadisə Materials 6 Mart 2019 12:55 (UTC +04:00)
İranın Hörmüzqan vilayətinin Bəndər-Abbas rayonunda narkoloji dispanserdə yanğın nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.
Narkoloji dispanserdə yanğın olub: Ölən və xəsarət alanlar var

Bakı. Elnur Bağışov – Trend:

İranın Hörmüzqan vilayətinin Bəndər-Abbas rayonunda narkoloji dispanserdə yanğın nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Hörmüzqan vilayəti Bəndər-Abbas rayonunun Yanğınsöndürmə İdarəsinin direktoru Fərcam Daneş deyib.

F.Daneşin sözlərinə görə, ehtimal olunur ki, dispanserin şəraitsizliyi və kobud davranışlara etiraz edən xəstələr qapıları bağlayaraq yanğın törədiblər.

Dispanserdə heç bir təhlükəsizlik avadanlığının olmadığını deyən F.Daneş əlavə edib ki, yanğınsöndürmə əməkdaşları tez bir zamanda hadisə yerinə ezam olunub və yanğını söndürüblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti