...

İsmayıllıda 49 yaşlı kişi itkin düşüb

Hadisə Materials 1 İyun 2019 18:51 (UTC +04:00)
1970-ci il təvəllüdlü İsmayıllı şəhər sakini Sənan İsmayılov aprelin 14-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətdə gedərək itkin düşüb.
İsmayıllıda 49 yaşlı kişi itkin düşüb

Bakı. Samir Əli - Trend:

1970-ci il təvəllüdlü İsmayıllı şəhər sakini Sənan İsmayılov aprelin 14-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətdə gedərək itkin düşüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, evdən çıxanda əynində göy rəngli gödəkçə və cins şalvar, qara rəngli ayaqqabı olub. Boyu 167 sm, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-28-5-11-89 şəhər, (050) 280-45-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti