Bakı. Trend:
Mingəçevirdə yanğın qeydə alınıb.
FHN-dən Trend-ə verilən məlumata görə, "İsuzu" markalı yük avtomobilinin kabinə hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.