...

Ötən sutka ərzində yol qəzaları nəticəsində 36 nəfər ölüb

Hadisə Materials 9 İyun 2019 17:18 (UTC +04:00)
Ötən 1 sutka ərzində İranda baş verən yol qəzaları nəticəsində 36 nəfər həlak olub
Ötən sutka ərzində yol qəzaları nəticəsində 36 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

Ötən 1 sutka ərzində İranda baş verən yol qəzaları nəticəsində 36 nəfər həlak olub.

Trend-in məlumatına görə, bunu İranın Yol Polisinin trafikə nəzarət və informasiya mərkəzinin rəisi polkovnik Nadir Rəhmani deyib.

N.Rəhmaninin sözlərinə görə, sutka ərzində 28 nəfər şəhərlərdən kənar yollarda, 8 nəfər isə şəhərdaxili yollarda həlak olub.

Polis rəisi şəhərdaxili yol qəzalarında 298 nəfərin, şəhərlərdən kənar yollarda isə 382 nəfərin yaralandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti