...

Füzuli və Samuxda taxıl sahələri yanıb

Hadisə Materials 13 İyun 2019 09:04 (UTC +04:00)
Füzuli rayonunda 2,5 ha biçilməmiş taxıl sahəsi yanıb.
Füzuli və Samuxda taxıl sahələri yanıb

Bakı. Trend:

Füzuli rayonunda 2,5 ha biçilməmiş taxıl sahəsi yanıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilir. Qeyd olunur ki, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Həmçinin Samux rayonunun Lək kəndində isə 10 ha biçilmiş və 2 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti