...

"Hacı Mazan" Bakıya göndərilib

Hadisə Materials 2 İyul 2019 12:55 (UTC +04:00)
Bu gün Biləsuvar rayonunda qəzaya düşən Hacı Mazan Bakıya göndərilib.
"Hacı Mazan" Bakıya göndərilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün Biləsuvar rayonunda qəzaya düşən və Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalov ilkin müayinədən sonra Bakıya göndərilib.

Bu barədə Trend-ə xəstəxanadan məlumat veriblər.

Bildirilib ki, R.Zeynalov sürücüsü ilə birlikdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bu gün Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində "Hacı Mazan" kimi tanınan Ramazan Zeynalov xidməti avtomobili - “Range Rover”in qəzaya uğraması nəticəsində özü və sürücüsü ilə birlikdə qəzaya uğrayıb. O, sağ budun burma sınması və qapalı beyin travması ilə xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti