...

Toyda zəhərlənmə - 40 nəfər xəstəxanaya düşdü

Hadisə Materials 16 İyul 2019 11:00 (UTC +04:00)
Ukraynada kütləvi zəhərlənmə baş verib.
Toyda zəhərlənmə - 40 nəfər xəstəxanaya düşdü

Bakı. Trend:

Ukraynada kütləvi zəhərlənmə baş verib. Trend-in məumatına görə, Rovenski vilayətində keçirilən toy mərasimlərindən birində qeydə alınıb. Məlumatı Ukraynanın Fövqəladə Hallar Xidməti təsdiq edib.

Məlumata görə, Mizoç şəhərində "Qurman" kafesində keçirilən toyda iştirak edən 39 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənənlərdən 8 nəfərin azyaşlı olduğu bildirilir.

Hadisə ilə bağlı kafedən laborator təhlil üçün nümunələr götürülüb, araşdırma başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti