...

Samuxda bir neçə tikili yanıb

Hadisə Materials 20 İyul 2019 09:24 (UTC +04:00)
Samuxda bir neçə tikilidə yanğın baş verib
Samuxda bir neçə tikili yanıb

Bakı. Trend:

Samuxda bir neçə tikilidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Samux rayonunun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 90 m² olan tikilinin (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları, bitişik, ümumi sahəsi 135 m² olan digər tikilinin (anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan 22 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti