...

Babək prospektində yolu keçən piyadanı avtomobil vurub öldürdü

Hadisə Materials 20 Avqust 2019 17:32 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Avqustun 19-da saat 16 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini M.Nağıyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Abbas Vəliyevi vurub.

Bu barədə Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Nəticədə piyada hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti