...

Şabranda yanğında xəsarət alanlardan 2-si müalicəsini davam etdirir

Hadisə Materials 20 Avqust 2019 16:52 (UTC +04:00)
Şabranda baş verən hadisə zamanı xəsarət alanlardan hazırda 2-si xəstəxanada müalicələrini davam etdirir.
Şabranda yanğında xəsarət alanlardan 2-si müalicəsini davam etdirir

Bakı. Samir Əli - Trend:

Şabranda baş verən hadisə zamanı xəsarət alanlardan hazırda 2-si xəstəxanada müalicələrini davam etdirir.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, digər xəstələr ambulator müalicə üçün evə buraxılıblar. Xəstəxanada qalanlar 30 və 42 yaşlı qadınlardır.

Qeyd edək ki, bu gün Şabran rayonunda baş verən yanğınla bağlı xəstəxanaya 7 nəfər gətirilib.

Hadisə nəticəsində 51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi və 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti