...

Ağstafada yol qəzasında bir nəfər öldü, digəri xəstəxanalıq oldu

Hadisə Materials 10 Sentyabr 2019 15:24 (UTC +04:00)
Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ağstafada yol qəzasında bir nəfər öldü, digəri xəstəxanalıq oldu

Bakı. Samir Əli - Trend:

Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 9-da saat 17 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində Ağstafa rayon sakini Heydərov Elvin Rasim oğlu idarə etdiyi "VAZ 2121 markalı 35 BC 791 dövlət nömrə nişanlı avtomobillə Gürcüstan sakini, 1978-ci il təvəllüdlü Fərəcov Rüstəm Namaz oğlunun idarə etdiyi "Mercedes" markalı OO 389 MM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə E.Heydərov hadisə yerində ölüb, "Mercedes"də olan sərnişin Elnarə Yusifova isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti