...

Cəlilabadda qadın avtomobilin altında qalaraq öldü

Hadisə Materials 18 Sentyabr 2019 14:02 (UTC +04:00)
Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Cəlilabadda qadın avtomobilin altında qalaraq öldü

Bakı. Samir Əli - Trend:

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 17-də saat 19 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində Musalı kənd sakini X.Həsənov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən kənd sakini Firuzə Əhədovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti