...

Tovuzda silahlı insidentin qarşısı alınıb, saxlanılan var

Hadisə Materials 26 Oktyabr 2019 15:31 (UTC +04:00)
Oktyabrın 25-də saat 17 radələrində Tovuz rayonunun Hacallı kəndi ərazisində kənd sakini N.Abdıyevin həmkəndlisi olan qohumu H.Qasımovla aralarında yaranmış münaqişə zəminində üzərində olan “Makarov” markalı tapançadan havaya 3 dəfə atəş açması barədə Tovuz RPŞ-yə məlumat daxil olub.
Tovuzda silahlı insidentin qarşısı alınıb, saxlanılan var

Bakı. Trend:

Oktyabrın 25-də saat 17 radələrində Tovuz rayonunun Hacallı kəndi ərazisində kənd sakini N.Abdıyevin həmkəndlisi olan qohumu H.Qasımovla aralarında yaranmış münaqişə zəminində üzərində olan “Makarov” markalı tapançadan havaya 3 dəfə atəş açması barədə Tovuz RPŞ-yə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə N.Abdıyev saxlanılmış, ondan cinayətdə istifadə etdiyi nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti