...

Bakıda ağır qəza - 2 nəfər xəstəxanalıq oldu

Hadisə Materials 28 Oktyabr 2019 09:33 (UTC +04:00)
Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda ağır qəza - 2 nəfər xəstəxanalıq oldu

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 1992-ci il təvəllüdlü Əlizadə Zaur Əkbər oğlu kəllə-beyin travması və 1949-cu il təvəvllüdlü Vladimer Georgiyeviçə isə sağ dirsəyin qırılması diaqnozu qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti