...

Beyləqanda 5 otaqlı ev yanıb

Hadisə Materials 5 Noyabr 2019 20:52 (UTC +04:00)
Beyləqanın Birinci Şahsevən kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli ev yanıb.
Beyləqanda 5 otaqlı ev yanıb

Bakı. Trend:

Beyləqanın Birinci Şahsevən kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 5 otaqlı evin dam örtüyü, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti