...

FHN: Yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir (FOTO)

Hadisə Materials 10 Dekabr 2019 14:30 (UTC +04:00)
Yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir
FHN: Yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN))müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir.

Bu barədə Trend FHN-ə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında güclü yanğın olub. Yanğının söndürülməsinə FHN-in briqadaları, eləcə də 3 ədəd helikopter və bir ədəd təyyarəsi cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti