...

Avtomobilin qarşısına qoyun sürüsü çıxdı, körpüdən çaya aşdı - Ölənlər var

Hadisə Materials 18 Dekabr 2019 11:49 (UTC +04:00)
Lerik rayonunda ağır yol qəzası baş verib.
Avtomobilin qarşısına qoyun sürüsü çıxdı, körpüdən çaya aşdı - Ölənlər var

Bakı. Samir Əli - Trend:

Lerik rayonunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Şıxondu kəndində qeydə alınıb.

Rayon sakini, 1985-ci il təvəllüdlü Qurbanov Mail Hətəmxan oğlu “KİA” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərib. Nəticədə avtomobil kənd ərazisindəki körpüdən çaya aşıb.

Hadisə zamanı sürücü M.Qurbanov və sərnişini, 1981-ci il təvəllüdlü Ağayev Nazim Möhəbbət oğlu hadisə yerində ölüb, avtomobildə olan digər sərnişin 1982-ci il təvəllüdlü Ağayev Vüsal Cəlal oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə avtomobilin qarşısına qəfil qoyun sürüsünün çıxması səbəb olub.

Faktla bağlı Lerik rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti