...

Bakıda soyğunçuluq: Tanışını bıçaqla hədələyib telefonunu satdırdı

Hadisə Materials 24 Dekabr 2019 13:11 (UTC +04:00)
Bakıda soyğunçuluq olub.
Bakıda soyğunçuluq: Tanışını bıçaqla hədələyib telefonunu satdırdı

Bakı. Samir Əli -Trend:

Bakıda soyğunçuluq olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu Ə.Cavad küçəsi 9 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Ramin Fərrux oğlu Əsgərov Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bildirib ki, tanışı Orxan adlı şəxs bıçaqla onu hədələyərək “Samsung J1” markalı telefonunu satdırıb. Daha sonra telefondan əldə etdiyi 160 manat pulu alaraq hadisə yerində uzaqlaşıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü Fazil Fudail oğlu Fətullayev və Orxan adlı şəxsin tutulması istiqamətində axtarış davam edir.

Satılmış telefon maddi sübut kimi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti