Bakı. Samir Əli - Trend:
Bakıda avtomobillə vurulan piyada ölüb.
Trend-in məlumatına görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində baş verib.
Bərdə rayon sakini S.Qocayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İlqar Mövsümovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 6-da orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.