...

Qazax sakini həmkəndlisini maşınla vurub öldürdü

Hadisə Materials 3 Fevral 2020 13:10 (UTC +04:00)
Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qazax sakini həmkəndlisini maşınla vurub öldürdü

Bakı. Trend:

Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 1-də saat 19 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində kənd sakini O.Yolçuyev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən həmkəndlisi Hilal Aqqıraxovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti