Bakı. Trend:
Şamaxı rayonunun Dədəgünəş kəndində “Jeep” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərə köməklik göstərilib.