...

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Hadisə Materials 4 Mart 2020 15:11 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti