...

Şirvanda beşmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 6 Mart 2020 16:04 (UTC +04:00)
Şirvanda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yanğın olub
Şirvanda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. Trend:

Şirvan şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 96 m² olan mənzilin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti