...

Salyanda 4 otaqlı ev yanıb

Hadisə Materials 25 Mart 2020 15:25 (UTC +04:00)
Salyanda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Salyan rayonunun Dayıkənd kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli, 4 otaqlı, tavanı qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti