...

Keçmiş məhkum narkotik alverinə görə saxlanıldı

Hadisə Materials 13 Aprel 2020 14:56 (UTC +04:00)
Keçmiş məhkum narkotik alverinə görə saxlanıldı

Bakı. Trend:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hacıqabul şəhər sakini A.Ağarəhimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hacıqabul RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağarəhimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 380 qram marixuana aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti