...

Yevlaxda ölümlə nəticələnən yol qəzası olub

Hadisə Materials 17 Aprel 2020 13:25 (UTC +04:00)
Yevlaxda ölümlə nəticələnən yol qəzası olub

Bakı. Trend:

Yevlax rayonununda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 16-da saat 8 radələrində rayonunun Tanrıqulular kəndi ərazisində şəhər sakini Fəxri Əlizadənin idarə etdiyi “Mercedes” və Mingəçevir şəhər sakini K.Bəşirovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə F.Əlizadə hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti