...

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Hadisə Materials 21 Aprel 2020 14:44 (UTC +04:00)
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Bakı. Trend:

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 20-də saat 16 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Rüstəmov idarə etdiyi “Mitsubishi” markalı yük avtomobili ilə dönmə əməliyyatı aparan zaman yük yerində olan dəmir künclük yolun kənarında dayanan paytaxt sakini İlkin Xankişiyevin baş nahiyəsinə dəymiş və o, hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti