...

Bakıda mənzildə ahıl qadının meyiti tapılıb

Hadisə Materials 16 May 2020 11:56 (UTC +04:00)
Bakıda mənzildə ahıl qadının meyiti tapılıb

Bakı. Trend:

Bakıda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Lobaçova Yekatrina İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti