...

Bakıda heroin alverçisi yaxalandı

Hadisə Materials 22 May 2020 09:35 (UTC +04:00)
Bakıda narkotik alveri ilə məşğul olan şəxs yaxalanıb
Bakıda heroin alverçisi yaxalandı

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik alveri ilə məşğul olan şəxs yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şamaxı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 234 və 150-ci maddələri ilə məhkum olunmuş Zamiq Cəbiyev saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 1.208 qram heroin aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti