Bakı. Trend:
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 40 m² olan tikiş sexinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.