...

Masallı və Cəlilabadda maska taxmayanlar cərimələnib (FOTO)

Hadisə Materials 3 Avqust 2020 21:35 (UTC +04:00)

Bakı. Trend:

Masallı və Cəlilabad Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən qapalı məkanlarda təşkil olunan reyd zamanı gigiyenik vasitələrdən istifadənin zəruriliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, xüsusilə market və digər ticarət obyektlərində keçirilən tədbirlər zamanı vətəndaşların əksəriyyətinin tibbi maska ilə bağlı tələbə riayət etdiyi görünsə də qaydalara, özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik göstərənlərə də rast gəlinib. Reyd zamanı müştərilərlə yanaşı, bəzi satıcıların da tibbi maskadan istifadə etmədiyi aşkar olunub. Bəzi şəxslərin isə tibbi maskanı tənəffüs yollarını örtəcək şəkildə istifadə etmədiyi, əlində gəzdirdiyi və yalnız polis əməkdaşlarını gördükdə istifadə etdiyi müəyyən edilib.

Onlarla profilaktik söhbətlər aparılıb və bir daha koronavirus xəstəliyinin fəsadları barədə məlumat verilib. Polis əməkdaşları tərəfindən edilən profilaktik söhbətlərə və xəbərdarlıqlara rəğmən qaydaları pozan şəxslər barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib və onlar cərimələniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti