...

Xızıda yanğın söndürülüb

Hadisə Materials 27 Avqust 2020 20:21 (UTC +04:00)
Xızıda yanğın söndürülüb

Bakı. Trend:

Xızı rayonunun Qarabulaq və Dizəvər kəndləri yaxınlığında dağlıq ərazidə təqribən 300 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı meşə zolağı və fermalar yanğından mühafizə olunub. Yanğın saat 18:40 dəqiqədə söndürülüb.

Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti