Bakı. Trend:
Bərdə rayonunda ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, hadisə nəticəsində evin ikinci mərtəbəsində 3 otaq və dam örtüyü 120 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.