Bakı. Trend:
Fransanın cənub bölgələrinə güclü yağışlar yağıb, şiddətli küləklər qeydə alınıb.
Trend TASS-a istinadən xəbər verir ki, Sen-Marten-Vezübi kommunasında hava şəraiti səbəbindən avtomobil yolu körpüsü dağılıb.
İlkin məlumatlara görə, körpü dayaqlarından biri dağlarda eyni adlı göldən qaynaqlanan Boreon çayının kəskin şəkildə artan axınına tab gətirə bilməyib. Ətrafdakı evlərə ciddi ziyan vurulub.
Məlumata əsasən, Nitsa şəhərinin aeroportunda hava əlaqələri pozulub. Korsikadan uçuşlar təxirə salınıb. Dənizkənarı Alp departamentində ticarət və tədris mərkəzləri bağlanıb, qatarların hərəkatı dayandırılıb.
Sen-Marten-Vezübi, Belveder və Rokbiyer komunnalarında 8 mindən çox ev elektriksiz qalıb. İtkin düşən 4 nəfərin axtarışları davam edir.