...

Tovuzda yük avtomobili dərəyə aşdı, ölən var

Hadisə Materials 12 Oktyabr 2020 21:33 (UTC +04:00)
Tovuzda yük avtomobili dərəyə aşdı, ölən var

Bakı. Trend:

Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1969-cu il təvəllüdlü Alıyev Alik Qəmbər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti