...

Mağazadan pul və mobil telefon oğurlayan şəxslər saxlanılıb

Hadisə Materials 7 Dekabr 2020 20:11 (UTC +04:00)
Mağazadan pul və mobil telefon oğurlayan şəxslər saxlanılıb

Bakı. Trend:

Səbail rayonunda oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 2596 manat məbləğində pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Həsənov və C.Rüstəmov saxlanılıblar.

Faktla bağlı təhqiqatlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti