...

Astarada karantini pozan çay evinin icarədarı və müştəriləri cərimələnib

Hadisə Materials 21 Dekabr 2020 13:58 (UTC +04:00)
Astarada karantini pozan çay evinin icarədarı və müştəriləri cərimələnib

Bakı. Trend:

Astarada karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejim qaydalarının təmin olunması istiqamətində keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.

Həmin obyekti icarə əsasında işlədən şəxs və 4 nəfər müştəri polis şöbəsinə dəvət olunublar. Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti