...

Evi tərk edən koronavirus xəstəsi Mingəçevir postunda saxlanıldı

Hadisə Materials 24 Dekabr 2020 13:06 (UTC +04:00)
Evi tərk edən koronavirus xəstəsi Mingəçevir postunda saxlanıldı

Bakı. Samir Əli - Trend:

Oğuz rayon sakini Nasif Həsənovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicəyə cəlb edilməsinə və sanitar-karantin qaydaları izah edilməsinə baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, N.Həsənov yaşadığı rayondan gələrək Mingəçevir şəhərinə daxil olmaq istəyərkən karantin postunda Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.

N.Həsənov barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti