...

Qobustanda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

Hadisə Materials 24 Dekabr 2020 13:17 (UTC +04:00)
Qobustanda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

Bakı. Samir Əli - Trend:

Qobustan rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Cəngi qəsəbəsində yerləşən eyniadlı kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyən olunub. Kafeni işlədən şəxs və orada olan müştərilər Polis Şöbəsinə dəvət edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti