...

Xaçmazda qaynını güllələyib öldürən şəxsin istintaqı başa çatdı

Hadisə Materials 6 Yanvar 2021 10:39 (UTC +04:00)
Xaçmazda qaynını güllələyib öldürən şəxsin istintaqı başa çatdı

Bakı. Samir Əli - Trend:

Xaçmaz rayonunda qohumunu güllələyən şəxsin barəsində başlanmış cinayət işinin istintaqı başa çatıb. Trend-in məlumatına görə, rayonun Ağtala kənd sakini Fazil Quliyevin barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Telman Hüseynovun icratına verilib.

Xatırladaq ki, qətl hadisəsi bu ilin aprel ayında Xaçmaz rayonunun Ağtala kəndində baş verib.

Kənd sakini Fazil Quliyev sərxoş vəziyyətdə evinə gələrək həyat yoldaşı ilə mübahisə edib.

Səs-küyə gələn qayını, 1994-cü il təvəllüdlü Murad Rəsul oğlu Allahverdiyev onları sakitləşdirmək istəyib.

Bundan əsəbiləşən F.Quliyev evində saxladığı ov tüfəngi ilə M.Allahverdiyevi güllələyib.

Murad Allahverdiyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində qətli törədən F.Quliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə cinayət işi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti