...

Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib

Hadisə Materials 21 Yanvar 2021 15:27 (UTC +04:00)
Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib

Bakı. Samir Əli - Trend:

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tərəfindən 2021-ci il yanvarın 20-də də karantin rejimi qaydalarının və tələblərinin pozulması halları aşkarlanıb:

"Nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2315 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində həbs, 1296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti